Xəbər verdiyimiz kimi, Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan bacı-qardaş vəfat edib.
Bizim.Media ”metbuat.az”a istinadən xəbər verir ki, hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Quliyeva Fərəh Əbdül qızı və 1997-ci təvəllüdlü Quliyev Toğrul Əbdül oğlu xəstəxanada dünyasını dəyişib.
MÖVZU İLƏ BAĞLI:
Buzovnadakı partlayışda xəsarət alan bacı-qardaş VƏFAT ETDİ
Yaxınlarının məlumatına görə, hadisə zamanı onların nənə və ataları həyətdə, anaları evin ikinci mərtəbəsində, bacı-qardaş isə evin birinci mərtəbəsində olublar. Partlayış evin birinci mərtəbəsində qeydə alınıb.
Bu səbəbdən yalnız iki nəfər - bacı-qardaş ağır yanıq xəsarətləri alıblar.
Ailənin digər üzvləri isə xəsarət almayıblar.
Hadisə zamanı vəfat edən bacı-qardaşın görüntülərini təqdim edirik:
Bizim.Media