Bakıda temperatur iqlim normasından yuxarı olub - FAKTİKİ HAVA 

Bakıda temperatur iqlim normasından yuxarı olub - FAKTİKİ HAVA 

Hazırda oxunan: Bakıda temperatur iqlim normasından yuxarı olub - FAKTİKİ HAVA 

152007

Avqustun 23-ü saat 10:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib. 

Məlumata görə, yağıntının miqdarı Vəlvələçay Təngəaltıda (Quba) 17 mm, Daşkəsən, Gədəbəy, Tərtərdə 1 mm-dək olub. 

Havanın temperaturu avqustun 22-də Bakıda iqlim normasından 3,3 dərəcə yuxarı olub.

Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 36 dərəcəyədək, Naxçıvan MR-da 35-39 dərəcə, Aran rayonlarında 38 dərəcəyədək, dağlıq rayonlarda 26-30 dərəcəyədək isti olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO