Daha bir ölkə dizel yanacağına “stop” qoyur - Bəs, ölkəmizdə bu sahədə vəziyyət necədir?

Daha bir ölkə dizel yanacağına “stop” qoyur - Bəs, ölkəmizdə bu sahədə vəziyyət necədir?

Hazırda oxunan: Daha bir ölkə dizel yanacağına “stop” qoyur - Bəs, ölkəmizdə bu sahədə vəziyyət necədir?

151913

Avropanın aparıcı ölkələrindən sonra Qazaxıstanda da dizellə işləyən avtomobillərin istismarı qadağan edilir. Dost ölkədə bu layihə ilkin mərhələdə Almatı şəhərində reallaşdırılacaq. Layihənin məqsədi ətraf mühiti qorumaq, ekoloji tarazlığı bərpa etməkdir.

Nəzərə alaq ki, Bakı şəhərində istifadə edilən yük və sərnişin avtomobillərinin xeyli hissəsi dizel yanacağı ilə işləyir.

Təsadüfi deyil ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ötən həftə paylaşdığı hesabatda paytaxtda ekoloji vəziyyətin narahatçılıq doğuracaq həddə olduğu qeyd edilib.

Beləki, Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı 1.4, dəm qazı 1.6, azot-4 oksid 1.5, kükürd qazı 1.2, Sumqayıt şəhərində isə azot-4 oksid 1.2 dəfə normadan yüksək müəyyən edilib. 

Belə olan vəziyyətdə Bakıda dizellə işləyən avtomobillərin istismarının qadağan edilməsi nə qədər realdır?

Suala Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov aydınlıq gətirib. Bizim.Media-ya açıqlamasında o bildirib ki, hazırda ölkəmizdə dizel yanacağından istifadənin qadağan edilməsi məsələsi müzakirə olunmur:

“Müzakirə olunan məsələ keyfiyyətli yanacaqdan istifadə imkanlarıdır. Yəni ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli yanacaqdan istifadə olunması məsələsi bu gün daha çox müzakirə edilir. 

Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə Avro-5 standartları tətbiq edilir. Eyni zamanda dizellə bağlı uyğun standartlar müəyyənləşdirilir.

Bu mənada Azərbaycanda hazırda hansı növ yanacağın qadağan edilməsi yox, daha keyfiyyətli yanacağın həcminin artırılması daha prioritetdir. Qeyd edim ki, Azərbaycanda yeni emal zavodunun istifadəyə verilməsi Avropa standartlarına uyğun yanacağın istehsalına imkan yaradacaq. Ona görə də düşünürəm ki, hazırda  daha çox keyifiyyətli yanacağın istehsalına və bazarda istehlak olunan yanacağın daha keyfiyyətli olmasına nail olmaqdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO