Bakı-Quba avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Bakı-Quba avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Hazırda oxunan: Bakı-Quba avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

151862

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-ci kilometrlik hissəsində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq avqustun 26-da saat 01:00-dan 07:00-dək hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, sürücülərdən qeyd olunan saatlarda həmin hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO