Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var - ÖZƏL - FOTO/VİDEO 

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var - ÖZƏL - FOTO/VİDEO 

Hazırda oxunan: Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var - ÖZƏL - FOTO/VİDEO 

151801

Kürdəmirdə xəsarətlə nəticələnən yol-qəzası baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, VAZ-2107 markalı avtomaşının sürücüsü Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan KAMAZ markalı yük maşınına çırpılıb.  

Nəticədə VAZ-ın sürücüsü Bayramov Şirvan Gülməmməd oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. 

Faktla bağlı araşdırma aparılır.  



Bizim.Media, Aran bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO