“Bakı İslam Universitetində çox uzun müddətdir müxtəlif qanunvericilik sənədləri olub. Məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılır və Novruz bayramından sonra nəticiləri açıqlayacağıq”.
Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə Bakı İslam Universitetinin 4000-dən artıq tələbəsi diplomunu tələb edir:
“Biz bu məsələyə laqeyd yanaşmırıq. Elə məsələlər var ki, onların araşdırılmasına ehtiyac var. Ona görə də bildirim ki, Dövlət İmtahan Mərkəzi və aidiyyəti qurumlar tərəfindən bu problem araşdırılır”.
MÖVZU İLƏ BAĞLI:
Məktəb çantalarının ağırlığı ilə bağlı çıxış yolu tapıldı - Təhsil Nazirliyi məsələni bu cür həll edəcək
Qeyd edək ki, Bakı İslam Universiteti 1992-ci ildən rəsmi fəaliyyətdədir. 2006-cı ildə ölkə başçısı İlham Əliyevin Təzə Pir komplesinin yenidən qurulması ilə bağlı göstərişinə əsasən kompleksin bir hissəsi olan Bakı İslam Universiteti üçün yeni tədris binası tikilib. 6 iyul 2009-cu ildə prezident İlham Əliyev Bakı İslam Universitetinin açılışında iştirak edib.
2009-cu ildə Bakı İslam Universitetinin fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilib. Həmin ilə qədər universitetdə qəbul TQDK-nin imtahanıyla deyil universitetin daxili imtahanıyla keçirildiyinə görə, Bakı İslam Universitetinin diplomları 2014-cü ilədək Təhsil Nazirliyi tərəfindən deyil Qafqaz Müsəlmanları İdarəsi tərəfindən verilirdi.
Bu səbəbdən Təhsil Nazirliyi həmin universitetin diplomlarını tanımır.
Alçina Amilqızı, Bizim.Media