“Çantaların ağırlığı ilə bağlı həll yolu artıq tapılıb. Təhsil Nazirliyi bu ildən I siniflərdə dərsliklərin iki yarımildə çap olunmasını tətbiq etməyə başlayıb”.
Bizim.Media-nın məlumatına görə,Təhsil naziri Emin Əmrullayev “Facebook”da canlı yayımda belə söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Fevralın 1-dən indiyədək 446 şagird və 714 təhsil işçisi koronavirusa yoluxub - NAZİR
Onun sözlərinə görə, növbəti ildən başlayaraq ibtidai siniflərdə dərslikləri bu modelə keçirmək planlaşdırlır.
“Bu da çantaların ağırlığına çox təsir edəcək. Valideynlərdən, xüsusilə analardan xahişim budur ki, çantaları bəzən lazımsız əşyalarla doldurmasınlar”,-deyə nazir qeyd edib.
Bizim.Media