Bakıda işıqforun qırmızı işığından keçən sürücüyə elektron protokol tərtib edilib.
Bizim.Media xəbər verir ki, sürücü Elçin Şahverdiyev deyir ki, ona cərimə paytaxtın Nəsimi rayonu Xəqani və Rixord Zorge küçələrinin kəsişməsində tərtib edilib.
O, iddia edir ki, ağacın gövdələri işıqforun qarşısını kəsdiyi üçün qırmızı işığın yanmasını görməyib və yoluna davam edib.
Qeyd edək ki, sürücüyə həmin qayda pozuntusuna görə, 60 manat və 3 cərimə balı tərtib edilib.
Elçin Şahverdiyev elektron ünvanına bu barədə məlumat gəldikdən sonra öyrənib ki, həmin ünvanda işıqfor var imiş. Bundan sonra yenidən həmin əraziyə gəlib və şahidi olub ki, işıqfor ağacın budaqları arxasında qaldığından görünmür.
Sürücü deyir ki, əgər həmin vaxt kəsişən küçədən başqa bir avtomobil gələrdisə ağır qəza qaçılmaz olacaqdı.
Məsələ ilə bağlı işıqforlara nəzarət edən Nəqliyyatı İntelekktual İdaretəmə Mərkəzinin əməkdaşı Ömər Xıdırov bildirir ki, həmin problemdən məlumatlıdırlar.
Sürücü ona tərtib edilən protokolun ləğv edilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinə də müraciət edib. Bildiriblər ki, bu fakt araşdırılacaq.
Daha ətraflı videomaterialda:
- A-
- A
- A+
Cəmiyyət
21:03 / 20.08.2023
Bakıda "gizlənən işıqfor"a görə vətəndaşa cərimə protokolu gəlib - VİDEO
Hazırda oxunan: Bakıda "gizlənən işıqfor"a görə vətəndaşa cərimə protokolu gəlib - VİDEO
Hazırda oxunan: Bakıda "gizlənən işıqfor"a görə vətəndaşa cərimə protokolu gəlib - VİDEO
151643
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.