Balakəndə sürücünün yanması faktı ilə bağlı YENİ DETALLAR

Balakəndə sürücünün yanması faktı ilə bağlı YENİ DETALLAR

Hazırda oxunan: Balakəndə sürücünün yanması faktı ilə bağlı YENİ DETALLAR

151511

Balakəndə avtomobil ağaca çırpılıb, sürücü avtomobildə yanaraq kül olub.  Dəhşətli hadisə rayonun Qullar kənd inzibati ərazisindəki avtomobil yolunda baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Tülü kənd sakini 34 yaşlı Aruz Dinavasovun idarə etdiyi “Daewoo” markalı minik avtomobili ilə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəzadan sonra avtomobil yanmağa başlayıb. Yanan avtomobilin söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. 
Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Yanğın kəşfiyatı zamanı sükan arxasında sıxılmış vəziyyətdə qalan 34 yaşlı  sürücü Aruz Dinavasovun yanan meyiti aşkar edilib. 

Hadisə şahidi Emil Cavadoğlunun Bizim.Media-ya verdiyi məlumata görə, qəzadan sonra ilk çatan onlar olub. Lakin qəza keçirən avtomobildə güclü yanğın baş verib.

Onlar heç cür müdaxilə edə bilmədiyindən yanğınsöndürənlərə müraciət edib. Xilasedicilər nə qədər tez çatmağa çalışsalar da yanğının miqyası durmadan artıb və sürücünü heş cür xilas edə bilməyiblər.  

Meyit aidiyyəti üzrə hadisə yerinə çağrılmış həkim briqadasına təhvil verilib.  Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib. 
Faktla bağlı müvafiq qrumlar tərəfindən araşdırma aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO