Bakıda havanın temperaturu iqlim normasından yuxarı OLUB  

Bakıda havanın temperaturu iqlim normasından yuxarı OLUB  

Hazırda oxunan: Bakıda havanın temperaturu iqlim normasından yuxarı OLUB  

151467

Avqustun 19-u saat 10:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb. 

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Düşən yağıntının miqdarı Şahdağda 3 mm, Qrızda 2 mm, Şəmkir, Göygöl, Daşkəsən, Şəki, Quba, Qusar, Yevlax, Göyçay, Sabirabadda 1 mm-dək olub. 

Cənub-qərb küləyi arabir Daşkəsəndə 23 m/s-dək güclənib. 

Havanın maksimal temperaturu avqustun 18-də Bakıda iqlim normasından 3 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 34 dərəcəyədək, Naxçıvan MR-da 36-40 dərəcə, Aran rayonlarında 33-35 dərəcə, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO