Qəbul imtahanlarında ən yüksək nəticə göstərən Şəki MƏZUNLARI – FOTO  

Qəbul imtahanlarında ən yüksək nəticə göstərən Şəki MƏZUNLARI – FOTO  

Hazırda oxunan: Qəbul imtahanlarında ən yüksək nəticə göstərən Şəki MƏZUNLARI – FOTO  

151319

Bu il ali məktəblərə qəbul imtahanında Şəkidən olan məzunların nəticələri bölgə üzrə digər rayonların nəticələrini üstələyir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki rayonu üzrə bütün qruplardan ən yüksək nəticəni Şəki şəhər 20 nömrəli tam orta məktəbin məzunu Fidan Muradova qazanıb. 

O, bu uğurunu 1-ci ixtisas qrupu imtahanında 668 bal toplamaqla əldə edib. Bakı Ali Neft Məktəbinin ingilis dilində informasiya təhlükəsizliyi ixtisasını seçəcəyini deyən Fidan Muradova sonunda gərgin zəhmətinin bəhrə verməsindən qürurlandığını bildirib. 

Şəki şəhər 7 saylı tam orta məktəbin məzunu Zəhra Sadıxlı 2-ci ixtisas qrupu üzrə qəbul imtahanında 665 bal toplayıb. İqtisad Universitetinin maliyyə ixtisasını seçəcəyini bildirən Zəhra deyib ki, yoldaşları əylənəndə, istirahət edəndə o, vaxtını planlı şəkildə oxumağa ayırıb və bu da öz nəticəsini verib. 

Şəki şəhər kimya-biologiya təmayüllü liseyin məzunu Ləman Yaşarlı isə 4-cü ixtisas qrupunda 662 bal toplayıb. Ləman gələcəkdə təhsilini xaricdə davam etdirmək və ölkəmizə layiqli mütəxəssis, peşəkar həkim kimi yetişmək arzusundadır. 
Qeyd edək ki, imtahanlarda Şimal-Qərb bölgəsinə daxil olan 6 rayon üzrə 78 məzun 600 baldan yuxarı nəticə göstərib ki, onların da 28-i Şəki rayonunun məzunlarıdır.




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO