Kür çayı üzərində yeni dəmiryolu körpüsü inşa EDİLDİ - FOTO

Kür çayı üzərində yeni dəmiryolu körpüsü inşa EDİLDİ - FOTO

Hazırda oxunan: Kür çayı üzərində yeni dəmiryolu körpüsü inşa EDİLDİ - FOTO

151265

Ələt-Horadiz-Ağbənd dəmiryolu xəttinin Ələt-Osmanlı hissəsindəki dəmiryol körpüsü yenidən qurulub və ona paralel yeni körpü inşa edilib. 

Bizim.Media bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir. 

Məlumata görə, Kür çayının Şirvan şəhərindən keçən hissəsində yerləşən bu körpülərin hər birinin uzunluğu 270.5 metr, eni isə 5.7 metrdir. 

Hər iki körpünün layihələndirilməsi 100% yerinə yetirilib, tikinti işlərinin 98%-i yekunlaşıb. Bu körpülər dəmiryolu ilə yüklərin daha intensiv daşınmasında önəmli rol oynayacaq. 

Yaxın zamanda körpülərin tam istimara verilməsi planlaşdırılır. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO