Birinci sinfə qəbulla bağlı müraciət edənlərin sayı AÇIQLANDI 

Birinci sinfə qəbulla bağlı müraciət edənlərin sayı AÇIQLANDI 

Hazırda oxunan: Birinci sinfə qəbulla bağlı müraciət edənlərin sayı AÇIQLANDI 

151245

2023–2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. 

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Bu günədək birinci sinfə qəbulla bağlı ümumilikdə 128 339 nəfər sorğu yerləşdirib. Onlardan 68 113 nəfəri oğlan, 60 226-sı isə qızdır. 

115 840 nəfər Azərbaycan bölməsi, 11 514 nəfər rus bölməsi, 985 nəfər isə tədris digər dillərdə aparılan bölmələr üzrə sorğu yerləşdirib. 

Qeyd edək ki, birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO