Polis Yevlaxda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var – FOTO  

Polis Yevlaxda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var – FOTO  

Hazırda oxunan: Polis Yevlaxda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var – FOTO  

151198

Yevlaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - Elçin Qasımov, Zaur Əhmədov və Rəşxan Cəfərov saxlanılıblar.
Onlardan ümumilikdə 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana və heroin aşkar edilərək götürülüb. 

Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyatla oğurluq etməkdə şübhəli bilinən rayon sakini Murad Səmədov saxlanılıb.

Onun rayonun Əkşəm kəndində yerləşən fərdi yaşayış evindən nağd pul və qızıl-zinət əşyaları oğurlamaqla 20.500 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Vətəndaşa dəymiş ziyanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO