Bakıda piyada səkisinin parkinqə çevrilməsinin qarşısı alındı - FOTO

Bakıda piyada səkisinin parkinqə çevrilməsinin qarşısı alındı - FOTO

Hazırda oxunan: Bakıda piyada səkisinin parkinqə çevrilməsinin qarşısı alındı - FOTO

151193

Xətai prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsinin kəsişməsində, yeni yaşayış binasının qarşısında piyada səkisinin parkinqə çevrildiyi deyilirdi.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Bizim.Media-ya bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən qeyd edilən ünvanda aparılan işlər nəzarətə götürülüb.

"Bununla bağlı şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilmiş və Xətai prospektinin Əhməd bəy Ağaoğlu küçəsi ilə kəsişməsində aparılan işlərlə hazırkı layihə sənədləri arasında uyğunsuzluqlar aşkarlanıb. Nəticə olaraq bu uyğunsuzluqlar aradan qaldırılana qədər işlərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib", - deyə məlumatda qeyd olunub.


 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO