Qəbələdə dövlət qulluqçuları üçün təlim KEÇİRİLDİ – FOTO  

Qəbələdə dövlət qulluqçuları üçün təlim KEÇİRİLDİ – FOTO  

Hazırda oxunan: Qəbələdə dövlət qulluqçuları üçün təlim KEÇİRİLDİ – FOTO  

151192

Dövlət İmtahan Mərkəzi Qəbələdə təlim keçib. Təlimə əsasən rayonda fəaliyyət göstərən dövlət müəssisələrinin qulluqçuları qatılıb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, təlim Dövlət İmtahan Mərkəzi tərəfindən “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”na əsasən təşkil edilib.

Rayonda fəaliyyət göstərən dövlət müəssisələrinin qulluqçuları üçün iki istiqamətdə müzakirələr aparılıb. Bunlar “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” digəri isə “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzularını əhatə edib.
Təlimə qatılan dövlət qulluqçuları onları maraqlandıran məsələlər ətrafında müzakirə aparıb, Fəaliyyət Planı ilə bağlı suallar ünvanlayıblar. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO