Paytaxt havasında dəm qazının miqdarı normadan artıqdır  

Paytaxt havasında dəm qazının miqdarı normadan artıqdır  

Hazırda oxunan: Paytaxt havasında dəm qazının miqdarı normadan artıqdır  

151128

Bu gün Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı 1.4, dəm qazı 1.6, azot-4 oksid 1.5, kükürd qazı 1.2, Sumqayıt şəhərində isə azot-4 oksid 1.2 dəfə normadan yüksək müəyyən edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalarının məlumatında bildirilib. 

Qeyd edilib ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir. 

Bildirilib ki, dəm qazı, azot-4 oksid və kükürd qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO