Kürdəmirdə avtomobil su kanalına AŞDI: Ölənlər var - FOTO 

Kürdəmirdə avtomobil su kanalına AŞDI: Ölənlər var - FOTO 

Hazırda oxunan: Kürdəmirdə avtomobil su kanalına AŞDI: Ölənlər var - FOTO 

151110

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var. 

Bizim.Media xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “Mitsubishi” markalı maşın Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. Nəticədə avtomobildə olan sürücü və sərnişin suda boğularaq dünyasını dəyişib. Onların meyitləri sudan çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Hazırda faktla bağlı araşdırma aparılır. 


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO