Oğuzda yay məktəbi fəaliyyətə BAŞLADI – FOTO

Oğuzda yay məktəbi fəaliyyətə BAŞLADI – FOTO

Hazırda oxunan: Oğuzda yay məktəbi fəaliyyətə BAŞLADI – FOTO

151101

Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri və tələbələr üçün təşkil olunmuş "Yay məktəbi"nin açılış mərasimi olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Oğuz rayonunda Fondun könüllüləri və tələbələr üçün təşkil olunan "Yay məktəbi" öz işinə başlayıb. Açılış mərasimində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nicat Kərimov, YAP Oğuz təşkilatının sədri Mehman Ramazanov, Oğuz rayon Gənclər və idman sektorunun müdiri Şaiq Rüstəmovun məruzələri dinlənilib.

Çıxışlar zamanı bildirilib ki, belə tədbirlərin təşkil edilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin inkişafında, maddi-mədəni irsimizin qorunmasında, həmçinin tarixən formalaşmış dəyərlərimizin gələcək nəsillərə ötürülməsində könüllülərin rolunu artırmaqdır. 
Xatırladaq ki, "Yay məktəbi" çərçivəsində tədbirə dəvət olunmuş ekspertlərin məruzələri dinləniləcək, Oğuz rayonunda yerləşən bir sıra tarixi məkanlara ekskursiyalar təşkil olunacaq, maraqlı viktorinalar keçiriləcək. 



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO