Dövlət qulluğu imtahanında uğur qazanan namizədlərə sertifikatların verilməsinə başlanılıb

Dövlət qulluğu imtahanında uğur qazanan namizədlərə sertifikatların verilməsinə başlanılıb

Hazırda oxunan: Dövlət qulluğu imtahanında uğur qazanan namizədlərə sertifikatların verilməsinə başlanılıb

150955

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğuna qəbul üzrə iyulun 23-də keçirilən test imtahanından (A növü) müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb. 

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib. 

Namizədlər sertifikatlarını (şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə) DİM-in akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən ərizə ilə müraciət etdikdən sonra növbəti həftə ərzində ala bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO