Gəncədə ilk dəfə dəmiryolçu ixtisası açılır

Gəncədə ilk dəfə dəmiryolçu ixtisası açılır

Hazırda oxunan: Gəncədə ilk dəfə dəmiryolçu ixtisası açılır

150954

"Azərbaycan Dəmir Yolları" QSC-nin təşəbbüsü ilə Gəncədə ilk dəfə dəmiryolçu ixtisası açılır. 

Bizim.Media Səhmdar Cəmiyyətə istinadən bildirir ki, 2023-2024-cü tədris ilində Gəncədə yerləşən Azərbaycan Texnologiya Universiteti bakalavr və magistr tədris planına dəmir yolu sahəsi ilə bağlı fənləri də əlavə edib. 

Bildirilir ki, universitetdə ADY tədris otağı yaradılaraq tələbələrin istifadəsinə veriləcək. Tələbələr Gəncə Dəmiryolu Vağzalı, Gəncə Yeni Lokomotiv Deposunda və stansiyalarda təcrübə proqramlarında iştirak edə biləcəklər. 

Peşəkar dəmiryolçu olmaq istəyən gənclər builki tələbə qəbulunda Nəqliyyat mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisaslarını seçməyə dəvət edilir. 

Qeyd edək ki, dəmiryolçu məzunlar gələcəkdə ADY-nin müxtəlif xidmət sahələrində çalışmaq imkanı əldə edəcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO