Hacıqabuldakı kütləvi zəhərlənmə ilə bağlı rəsmi AÇIQLAMA

Hacıqabuldakı kütləvi zəhərlənmə ilə bağlı rəsmi AÇIQLAMA

Hazırda oxunan: Hacıqabuldakı kütləvi zəhərlənmə ilə bağlı rəsmi AÇIQLAMA

150789

Hacıqabulda qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı AQTA yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hacıqabulda istirahət mərkəzində 7 nəfər zəhərləndi


Qeyd edilib ki, Oğuz rayonundan istirahətdən qayıdarkən Şirvan şəhər Təcili Tibbi Yardım Stansiyasına müraciət etmiş Bakı şəhər sakinlərinin qida zəhərlənməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlar təsdiqini tapmayıb.

Belə ki, xəstəxanaya 8 nəfər müraciət edib.

Daxil olan xəstələrə ilkin tibbi yardım göstərilib, qan analizləri götürülüb və analizlərin nəticəsinə əsasən qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb, həkim tərəfindən “Mədə bağırsaq pozuntusu” diaqnozu qoyulub və həmin şəxslərin vəziyyətləri qənaətbəxş olduğu üçün qısa müddət ərzində evə buraxılıblar.

AQTA bir daha bildirib ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO