Ağdamda kəhriz suları QURUDU – FOTO   

Ağdamda kəhriz suları QURUDU – FOTO   

Hazırda oxunan: Ağdamda kəhriz suları QURUDU – FOTO   

150771

Ağdamda kəhriz sularında azalma müşahidə olunur. Hətta bir kəhriz tamamilə quruyub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Əhmədağalı kəndi ərazisində, "Balıqçılıq" adlanan yerdə yerləşən Çinarlı kəhrizi tamamilə quruyub. 

Uzun illərdir sözügedən kəhrizdən rayon sakinləri içməli su götürür, isti yay aylarında ailələr bura toplaşaraq istirahət edirmişlər.

Mələsə ilə bağlı Ağdam Mexaniki Suvarma Sistemləri İdarəsinin rəisi Hafiz Əzimzadə və idarənin digər əməkdaşları ilə əlaqə yaratmağa çalışsaq da, cəhdimiz baş tutmayıb. 

Bizim.Media olaraq məsələni diqqətdə saxlayacağıq. 




Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO