Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda yaşayış binasında yanğın oldu
Bizim.Media xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.
Halsız vəziyyətdə aşkarlanan vətəndaş aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media