Quba qəzasında 19 yaralıdan 4-ü  azyaşlıdır

Quba qəzasında 19 yaralıdan 4-ü  azyaşlıdır

Hazırda oxunan: Quba qəzasında 19 yaralıdan 4-ü  azyaşlıdır

150611

Qubada baş verən yol qəzasında xəsarət alan 19 yaralı Quba rayon mərkəzi xəstəxanasına gətirilib. Onlardan 4-ü azyaşlıdır.

Məlumatı Bizim.Media-ya Quba rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsi verib.

Hazırda onlara təcili yardım şöbəsində tibbi yardım edilir.

Bizim.Media-nın əldə etdiyi məlumata görə,19 yaralıdan 4-ü öz xahişləri ilə Qusar rayon mərkəzi xəstəxanasına müraciət edib.

19 nəfərin hamısının vəziyyəti qənaətbəxşdir.

Quba rayon polis şöbəsində fakta görə araşdırma başlanılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO