Qusardan Bakıya gedən sərnişin avtobusunun Qubanın Digah kəndi ərazisində aşması nəticəsində yaralanan 4 nəfər Qusar rayon mərkəzi xəstəxanasına müraciət edib.
Bizim.Media xəbər verir ki, bunlar Qusar şəhər sakini, 52 yaşlı Rəhman Abdullayev, Gədəzeyxur kənd sakinləri - 32 yaşlı Fərhad Səlimov, 21 yaşlı Sabrina Müslümova və 3 yaşlı Hüseyn Səlimovdur.
Onların xəsarətinin yüngül olduğu deyilir.
Qusar rayon mərkəzi xəstəxanası faktı təsdiqləyib.
Faktı Quba rayon polis şöbəsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu