Yevlaxda inək oğruları SAXLANILDI – FOTO  

Yevlaxda inək oğruları SAXLANILDI – FOTO  

Hazırda oxunan: Yevlaxda inək oğruları SAXLANILDI – FOTO  

150474

Yevlax rayonunda mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən xəbərə görə, Yevlax Rayon Polis Şöbəsinə rayonun Qaramanlı kəndindəki fermaların birindən 20 baş xırdabuynuzlu heyvanın itməsi ilə bağlı məlumat verilib.  

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və heyvanların həmin fermada əvvəllər işləyən şəxslər tərəfindən oğurlandığı məlum olub. Keçirilən əməliyyat-axtarış zamanı oğurluq əməlini törətməkdə şübhəli bilinən, Şəki rayon sakini İlqar Həşimov saxlanılıb, onunla əlbir olan digər şəxsin isə şəxsiyyəti müəyyən edilib və saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 

Bundan başqa rayonun Yuxarı Bucaq kəndində yerləşən şəxsi təsərrüfatdan isə 2 baş iribuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbiri ilə qeyd edilən əməli törətməkdə şübhəli bilinən, həmin kənd sakinləri Zaur Əjdərli və Vüsal Cəfərov saxlanılıblar. Onların iribuynuzlu heyvanları mal bazarında dəyərindən ucuz qiymətə satdıqları müəyyən edilib. Həmin heyvanlar aşkarlanaraq sahibinə qaytarılıb. 
Bu əməliyyatlar zamanı vətəndaşlara 6 min manatdan artıq ziyan dəydiyi aşkar edilib. Dəymiş ziyanın tam aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər davam etdirilir. 

Faktlarla bağlı Yevlax RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar aparılır. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO