Tarixi abidələrə müdaxilə faktlarının qarşısı alınıb - FOTO 

Tarixi abidələrə müdaxilə faktlarının qarşısı alınıb - FOTO 

Hazırda oxunan: Tarixi abidələrə müdaxilə faktlarının qarşısı alınıb - FOTO 

150457

Bakı şəhərinin mərkəzi küçələrində yerləşən bir sıra tarix-memarlıq abidələrinə keçirilən baxış zamanı aşkar olunmuş müdaxilə faktlarının qarşısı alınıb və aidiyyəti tədbirlər görülüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Səbail rayonu, Şeyx Şamil küçəsi, 3 ünvanında yerləşən 3233 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin fasad hissəsində rənglənmə işlərinin aparıldığı müəyyən edilib. 

Müdaxilə faktı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq, dərhal qarşısı alınıb. Abidənin fasadına vurulan rəng təmizlənib, tarixi tikili ilkin görkəminə qaytarılıb. 

Eyni zamanda, paytaxtın Bünyad Sərdarov, Yusif Məmmədəliyev və Qoqol küçələrində yerləşən bir sıra tarixi abidələrə vurulan qanunsuz reklam lövhələri sökülüb. 

Diqqətə çatdırılıb ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. 
Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması qanuna uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO