Xocəsən–Lökbatan avtomobil yolunda hərəkət MƏHDUDLAŞDIRILACAQ 

Xocəsən–Lökbatan avtomobil yolunda hərəkət MƏHDUDLAŞDIRILACAQ 

Hazırda oxunan: Xocəsən–Lökbatan avtomobil yolunda hərəkət MƏHDUDLAŞDIRILACAQ 

150389

Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci kilometrində sabah axşam saat 22:00-dan 13 avqust saat 06:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Buna səbəb yolun sözügedən hissəsində yerləşən yerüstü piyada keçidində aparılacaq təmir-bərpa işləridir.

Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ olaraq Bakı dairəvi avtomobil yolundan və digər yollardan istifadə etmələrini tövsiyə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO