2 yaşlı nəvəsini döyən nənəyə cinayət işi AÇILDI – YENİLƏNİB 

2 yaşlı nəvəsini döyən nənəyə cinayət işi AÇILDI – YENİLƏNİB 

Hazırda oxunan: 2 yaşlı nəvəsini döyən nənəyə cinayət işi AÇILDI – YENİLƏNİB 

150377

Sumqayıt şəhərində azyaşlının qeyri-insani rəftara məruz qalması ilə bağlı cinayət işi açılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məlumat verib. 

Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə Abdullayeva Ülviyyə Rəsul qızı barəsində cinayət işi başlanılıb. 
Hazırda istintaq hərəkətləri davam etdirilir. 
 
11.26

Sosial şəbəkələrdə Sumqayıt şəhərində azyaşlının qeyri-insani rəftara məruz qalması ilə bağlı yayılan informasiyalar Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb. 

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib. 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda DƏHŞƏT – Nənəsi tərəfindən döyülən 2 yaşlı uşaq sığınacağa VERİLDİ – FOTO

Məlumata görə, Sumqayıt şəhəri ərazisində yaşayan Abdullayeva Ülviyyə Rəsul qızının himayəsində olan 3 yaşlı uşağı baxımsız şəraitdə saxlaması barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub.

Məlumat əsasında polis əməkdaşları həmin ünvanda Ü.Abdullayevanın himayəsində olan 3 azyaşlıdan biri - 2021-ci il təvəllüdlünün bədənində müxtəlif xəsarətlər aşkar ediblər. Azyaşlı himayəsində olan nənəsi ilə birlikdə Təcili Tibbi Yardım Şöbəsinə gətirilib.
İlkin müayinə zamanı azyaşlının fiziki va psixoloji cəhətdən öz yaşıdlarından geri qalması və sağ qulağında xəsarətlər aşkar edilib. Azyaşlı tibbi yardım göstərilməsi və müvəqqəti olaraq qalması üçün polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Hazırda faktla bağlı Sumqayit ŞPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO