Bakıda “Prius”u polislərin üstünə sürən şəxsin məhkəməsi başlayır

Bakıda “Prius”u polislərin üstünə sürən şəxsin məhkəməsi başlayır

Hazırda oxunan: Bakıda “Prius”u polislərin üstünə sürən şəxsin məhkəməsi başlayır

150327

Bakıda “Toyota Prius”u polislərin üstünə sürən Rauf Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

MÖVZU İLƏ BAĞLI:

Bakıda "Prius"u polislərin üstünə sürən şəxs HƏBS EDİLDİ - VİDEO

İş hakim Azad Məcidov sədrliyi ilə araşdırılacaq. 

İş üzrə 7 nəfər və Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan mətbəə zərərçəkmiş kimi tanınıb. 

Qeyd edək ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanov aprelin 28-də idarə etdiyi “Toyota Prius” markalı avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub. Aparılmış araşdırmalarla R. Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi nəqliyyat vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin 3 xidməti polis avtomobili və 2 vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib. 

Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 234.4.3 və 315-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə Rauf Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO