Bu tarixdən kolleclərə sənəd qəbulu BAŞLAYIR 

Bu tarixdən kolleclərə sənəd qəbulu BAŞLAYIR 

Hazırda oxunan: Bu tarixdən kolleclərə sənəd qəbulu BAŞLAYIR 

150316

Avqustun 14-ü saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların elektron sənəd qəbuluna start veriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında deyilir. 

Bildirilir ki, müraciətçilər "portal.edu.az" saytı üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. 

Qeydiyyat prosesi avqustun 23-ü saat 18:00-da yekunlaşacaq. 

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO