Qanunsuz ağac kəsintisi ilə əlaqədar toplanmış sənədlər Baş Prokurorluğa göndərilib

Qanunsuz ağac kəsintisi ilə əlaqədar toplanmış sənədlər Baş Prokurorluğa göndərilib

Hazırda oxunan: Qanunsuz ağac kəsintisi ilə əlaqədar toplanmış sənədlər Baş Prokurorluğa göndərilib

150157

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri növbəti nəzarət tədbirləri zamanı paytaxtın Səbail rayonu, Rafiq İskəndərov küçəsində fəaliyyət göstərən “Pokrovka” restoranının həyətyanı sahəsində ağac kəsintisi faktı müəyyən olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Xidmət rəsmisi Qafar Ağayev məlumat verib. 

O bildirib ki, araşdırma zamanı ağacın həmin restoran tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib. 

Yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO