Sabirabadda itkin düşən gəncin meyiti Kürün sahilində TAPILDI  

Sabirabadda itkin düşən gəncin meyiti Kürün sahilində TAPILDI  

Hazırda oxunan: Sabirabadda itkin düşən gəncin meyiti Kürün sahilində TAPILDI  

150076

Sabirabadda itkin düşən gəncin meyiti Kür çayının sahilində tapılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov məlumat verib. 

Bildirilib ki, avqust ayının 8-də Sabirabad Rayon Polis Şöbəsinə və Qaragüney Polis Bölməsinə rayonun Muğan Gəncəli kənd sakini, 2007-ci il təvəllüdlü Rafət Məlikzadənin itkin düşməsi barədə məlumat daxil olub. 
Polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində R.Məlikzadənin cəsədi bu gün səhər saatlarında Kür çayının Muğan Gəncəli kəndi ərazisindən keçən sahilindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırmalar aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO