Şəkidəki zəncirvari qəzanın TƏFƏRRÜATI 

Şəkidəki zəncirvari qəzanın TƏFƏRRÜATI 

Hazırda oxunan: Şəkidəki zəncirvari qəzanın TƏFƏRRÜATI 

150067

Axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi hər üç avtomobil hərəkətdəykən baş verib. 

Belə ki, “Mercedes” markalı avtomobil “KIA” və “Cherry” markalı avtomobilləri ötmək istəyərkən qarşıdan gələn maşından yayınmaq istəyib və bu zaman hər iki avtomobili vurub. Qəzadan sonra hadisə yerinə Təcili Tibbi Yardım Xidmətinin həkim briqadası çağırılıb.

Həmçinin avtomobillərdən birində sıxılı qalan sərnişini çıxarmaq məqsədi ilə qəza yerinə Fövqaladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. Qəza nəticəsində 58 yaşlı Tahirə Atakişiyeva, 53 yaşlı Sevinc Sərdarlı və 30 yaşlı Nərmin Yusifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər üç yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, müayinə edilərək müalicəyə cəlb olunublar. Xəstəxanadan verilən məlumata görə, yaralılar Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətləri orta-ağır qiymətləndirilir. Yol-nəqliyyat hadisəsinin təfərrüatları araşdırılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO