Kürdəmirdə daha bir QƏZA: Xəsarət alanlar var – FOTO/VİDEO  

Kürdəmirdə daha bir QƏZA: Xəsarət alanlar var – FOTO/VİDEO  

Hazırda oxunan: Kürdəmirdə daha bir QƏZA: Xəsarət alanlar var – FOTO/VİDEO  

150014

Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb, xəsarət alanlar var. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “KİA” markalı maşının sürücüsü 1977-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Hüseynov Nazim Tapdıq oğlu Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtmobil yoldan çıxaraq yol kənarına aşıb. Hadisə zamanı sərnişin, sürücünün oğlu 22 yaşlı Hüseynov Elnur Nazim oğlu və həyat yoldaşı 44 yaşlı İbrahimova Fazilə Əlövsət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır. 
 

















Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO