Qaxda 43 yaşlı kişi ZƏHƏRLƏNDİ 

Qaxda 43 yaşlı kişi ZƏHƏRLƏNDİ 

Hazırda oxunan: Qaxda 43 yaşlı kişi ZƏHƏRLƏNDİ 

149933

Qax rayonunda 43 yaşlı kişi qarğıdalı sahəsini dərmanlayarkən zəhərlənib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, zəhərlənmə hadisəsi Tanqıt kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 43 yaşlı Feyruz Fərzəliyev özünə məxsus qarğıdalı sahəsini heç bir profilaktik tədbir görmədən, tibbi-sanitar qaydalara əməl etmədən zərərvericilərə qarşı dərmanlayarkən zəhərlənib.
O, yaxınları tərəfindən sahənin kənarında aşkar edilərək dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsi və ilkin tibbi yardımdan sonra Feyruz Fərzəliyevin həyatını xilas etmək mümkün olub. Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, hazırda onun müayinə və müalicəsi davam etdirilir. Həyatı üçün təhlükə yoxdur. 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO