"Ömrümün yarısını Nüvədidə keçirmişəm. Bədnam ermənilərin qonşuluq ənənələrinə sadiq qalmamaları ucbatından biz öz dədə-baba torpaqlarımızdan ayrı düşdük. Nüvədililər 3 ilə yaxın müddətdə öz torpaqlarını müdafiə etdilər.
Bu müddətdə torpaqlarının qorunmasında bütün nüvədililərin zəhməti danılmazdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bədnam qonşularımıza verilən dəstək nəticəsində biz məcburən torpaqlarımızı tərk etməli olduq".
Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Qərbi Azərbaycanın Nüvədi kəndinin sakini Balakişi Həsənov söyləyib.
O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyev nüvədililərin bütün problemlərinə həssas yanaşıb, onlara böyük diqqət və qayğı göstərib.
“Sona qədər bir olmağımızı və dağılmamağımızı tapşıran Ulu Öndər Heydər Əliyev nüvədililərə böyük dayaq olub. Bu gün də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev biz nüvədililərin, ümumilikdə Qərbi azərbaycanlıların yanındadır. Biz əminik ki, tezliklə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdacaq və yenidən orada həyatı bərpa edəcəyik", - deyə Nüvədi sakini vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:40 / 07.08.2023
Nüvədi sakinindən AÇIQLAMA: "Tezliklə Qərbi Azərbaycana qayıdacağıq"
Hazırda oxunan: Nüvədi sakinindən AÇIQLAMA: "Tezliklə Qərbi Azərbaycana qayıdacağıq"
Hazırda oxunan: Nüvədi sakinindən AÇIQLAMA: "Tezliklə Qərbi Azərbaycana qayıdacağıq"
149810
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.