Penitensiar Xidmətin hərbi qulluqçusu odlu silahdan atəş açaraq özünə xəsarət yetirdi

Penitensiar Xidmətin hərbi qulluqçusu odlu silahdan atəş açaraq özünə xəsarət yetirdi

Hazırda oxunan: Penitensiar Xidmətin hərbi qulluqçusu odlu silahdan atəş açaraq özünə xəsarət yetirdi

149708

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu, əsgər Şamxalov Ülvi İlyas oğlunun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə Lənkəran Hərbi Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, daxil olmuş məlumat əsasında Lənkəran hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilibdir.

Hazırda Lənkəran hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO