Salyanda qəzada şair Cığatelin 14 yaşlı oğlan nəvəsi öldü

Salyanda qəzada şair Cığatelin 14 yaşlı oğlan nəvəsi öldü

Hazırda oxunan: Salyanda qəzada şair Cığatelin 14 yaşlı oğlan nəvəsi öldü

149686

Salyanda 1 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media-nın cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobil digər maşınla toqquşub.

Qəza nəticəsində bir nəfər ölüb.

2018-ci il təvəllüdlü Həsənli Ağakərim Təbriz oğlu, 2014-ci il təvəllüdlü Həsənli İsmayıl Təbriz oğlu, 1960-cı il təvəllüdlü Həsənova Nəzakət Xeyrulla qızı, 2012-ci il təvəllüdlü Qasımova Cığatel Ayaz qızı, 2022-ci il təvəllüdlü Həsənli Zəhra Təbriz qızı, 1996-cı il təvəllüdlü Həsənova Fatma Ceyhun qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Salyan Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ölənin tanınmış şair Cığatel xanımın 14 yaşlı oğlan nəvəsi olduğu bildirilir. Hazırda şairin hadisə yerinə getdiyi deyilir. 

Fakta bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO