İsmayıllıda 14 yaşlı yeniyetməni maşın vurdu

İsmayıllıda 14 yaşlı yeniyetməni maşın vurdu

Hazırda oxunan: İsmayıllıda 14 yaşlı yeniyetməni maşın vurdu

149620

İsmayıllı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayon sakini Nizami Behbudov idarə etdiyi 10-GP-144 dövlət nömrə nişanlı "VAZ 21099" markalı minik avtomobili ilə hərəkətdə olarkən marketin qarşısında yolu keçən piyadanı, 2009-cu il təvəllüdlü Bağırlı Cəfər Elsevər oğlunu vurub.  

Ağır bədən xəsarətləri alan 14 yaşlı yeniyetmə təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.  

Qeyd edək ki, Cəfər Bağırlı orta məktəbin 8-ci sinif şagirdidir. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO