Azərbaycanda 175 nəfər hakim olmaq üçün İMTAHAN verib

Azərbaycanda 175 nəfər hakim olmaq üçün İMTAHAN verib

Hazırda oxunan: Azərbaycanda 175 nəfər hakim olmaq üçün İMTAHAN verib

149554

Dövlət İmtahan Mərkəzi (DİM) 175 hakimliyə namizədlərə yazılı imtahan keçirilib.

Bizim.Media xəbər verir ki, Hakimlərin Seçki Komitəsi əvvəlcə imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və onlar dərhal zala gətirilib.

Namizədlər həmin suallar sırasından təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər.

Dörd saat davam edən imtahanda hakimliyə namizədlərə sualları cavablandırmaqla kazusları həll etmək, qoyulmuş məsələlərə düzgün qiymət vermək, qanunun məzmununu dolğun açmaqla onun səlist izahını vermək bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Anonimləşdirilmiş cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndiriləcək və nəticələr yaxın günlərdə elan olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO