“Caspian” və “Badam” klinikaları ilə MEDİA arasında ANLAŞMA 

“Caspian” və “Badam” klinikaları ilə MEDİA arasında ANLAŞMA 

Hazırda oxunan: “Caspian” və “Badam” klinikaları ilə MEDİA arasında ANLAŞMA 

149445

Bakıda fəaliyyət göstərən “Caspian International Hospital” və “Badam Medical Center”də Media Reyestrinə daxil edilmiş jurnalistlər və onların ailə üzvlərinə güzəştli xidmət göstəriləcək. 

Bizim.Media xəbər verir ki, güzəştlər bu tibb müəssisələri ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) arasında bu günlərdə imzalanmış anlaşma memorandumlarına əsasən tətbiq olunacaq. 

Anlaşmaya əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlər 2023-cü ilin avqust ayının 1-dən etibarən jurnalist vəsiqəsini təqdim etməklə, “Badam” və “Caspian” klinikalarında göstərilən bütün tibbi xidmətlərdən güzəştlə yararlana biləcəklər.

Bundan başqa, klinikalarda jurnalistlər üçün vaxtaşırı əlavə kampaniyalar olacaq, onlar üçün hazırlanmış xüsusi paketlər təqdim ediləcək, “check-up” müayinələr keçiriləcək. 

Xatırladaq ki, hər iki tibb müəssisəsində “Cərrahiyə”, “Oftalmologiya”, “Terapiya”, “Diaqnostika” və “Laboratoriya” şöbələri fəaliyyət göstərir ki, bu şöbələrdə ümumilikdə əllidən artıq xidmət sahəsi mövcuddur. Memorandumlar əsasında ediləcək güzəştlər bütün şöbələri əhatə edəcək. 
Odur ki, qeyd olunan jurnalistlər və onların ailə üzvləri hər iki tibb ocağında müraciət etdikləri xidmət sahəsi üzrə güzəştlərdən rahatlıqla yararlana biləcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO