Bacısını yumruqla vurub öldürən şəxs barəsində cinayət işi BAŞLANILDI - FOTO

Bacısını yumruqla vurub öldürən şəxs barəsində cinayət işi BAŞLANILDI - FOTO

Hazırda oxunan: Bacısını yumruqla vurub öldürən şəxs barəsində cinayət işi BAŞLANILDI - FOTO

149200

Avqustun 2-si saat 13 radələrində paytaxtın Binəqədi rayonunun eyniadlı qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1965-ci il təvəllüdlü Məlahət Əfəndiyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bu barədə Bizim.Media-ya Binəqədi rayon prokurorluğundan bildirilib.

Qeyd edilib ki, aparılan araşdırmarla 1967-ci il təvəllüdlü Azər Əfəndiyevin yaşadıqları evdə şəxsi münasibətlər zəminində bacısı Məlahət Əfəndiyevanı əli ilə vurduqdan sonra sonuncunun yıxılaraq aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. 
Fakta görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO