Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin maaşları ilə bağlı QƏRAR 

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin maaşları ilə bağlı QƏRAR 

Hazırda oxunan: Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin maaşları ilə bağlı QƏRAR 

149087

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib. 

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2023-ci il oktyabrın 2-dək uzadılıb. 

Qeyd edək ki, bu müddət iyulun 1-də başa çatmışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO