Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad edildi

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad edildi

Hazırda oxunan: Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad edildi

14900

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova vəzifəsindən azad edilib.

Bizim.Media-nın əldə etdiyi məlumatına görə, onun yerinə hələlik təyinat yoxdur. 

Qeyd edək ki, Hüseynova Fidumə Məmmədəli qızı  2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışıb.

F. Hüseynova daha əvvəl - 3 iyul 2003-cü ildən 6 aprel 2005-ci ilədək Bakının Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı işləyib.

O, həm də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, eləcə də Azərbaycan Respublikası Turizm Şurasının üzvü kimi də fəaliyyət göstərib. 18 mart 2000-ci il tarixində Əməkdar Müəllim adına layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO