Vilayət Eyvazov məşhur DYP rəisini işdən çıxardı

Vilayət Eyvazov məşhur DYP rəisini işdən çıxardı

Hazırda oxunan: Vilayət Eyvazov məşhur DYP rəisini işdən çıxardı

148958

Bakının tanınmış DYP rəisi işdən çıxarılıb. 

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, Xətai rayon Dövlət Yol Polisi İdarəsinin (DYP) rəisi, polis polkovnik-leytenantı Cavanşir Ələkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 
Qeyd edək ki, C.Ələkbərov Bakının tanınmış DYP rəislərindən biridir. Onun adı mətbuatda bir sıra qalmaqallarda hallanıb.

Sonuncu dəfə isə mediada onun rüşvət alması ilə bağlı səs yazıları yayılmışdı. O zaman C.Ələkbərovla bağlı səs yazısını yayan şəxs həbs edilmişdi. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO