Ağdamda şəhid Qaryağdı Əhmədovun anım mərasimi KEÇİRİLDİ - FOTO 

Ağdamda şəhid Qaryağdı Əhmədovun anım mərasimi KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Ağdamda şəhid Qaryağdı Əhmədovun anım mərasimi KEÇİRİLDİ - FOTO 

148957

Ağdamda şəhid Qaryağdı Əhmədovun anım mərasimi keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qaryağdı Eldar oğlu Əhmədovun şəhidliyinin il dönümü ilə əlaqədar olaraq onun Quzanlı qəsəbəsində yerləşən məzarı ziyarət edilib, onun ruhuna dualar oxunub. 

Xatırladaq ki, Qaryağdı Eldar oğlu Əhmədov hərbi qulluqçu kimi xidmət etdiyi, Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissənin ön xətt bölmələrində düşmən təxribatı nəticəsində şəhid olub.
O, 2014-cü il 1 avqust tarixində Ağdam rayon Quzanlı qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Əslən rayonun Saybalı kəndindən olan şəhidin silahdaşları onu cəsur və qoçaq hərbçi kimi xatırlayır. Qeyd edək ki, 2014-cü ilin Avqust döyüşləri kimi yadda qalan döyüş toqquşmasında Azərbaycan ordusunun 13 hərbi qulluqçusu şəhid olub. Ermənistan tərəfi isə 30 nəfərdən çox hərbçisinin öldüyünü bildirib. 






Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO