Qusar məktəblərində 8 Azərbaycan dili və ədəbiyyatı müəlliminə ehtiyac VAR - FOTO  

Qusar məktəblərində 8 Azərbaycan dili və ədəbiyyatı müəlliminə ehtiyac VAR - FOTO  

Hazırda oxunan: Qusar məktəblərində 8 Azərbaycan dili və ədəbiyyatı müəlliminə ehtiyac VAR - FOTO  

148921

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günündə Qusar məktəblərində Dövlət dilinin tədrisi vəziyyəti ilə maraqlandıq.

Araşdırmamız nəticəsində öyrəndik ki, rayonun təhsil müəssisələrində 2000-ci illərin əvvəlində müşahidə edilən ali təhsilli Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin çatışmazlığı problemi, demək olar ki, aradan qaldırılıb. Vaxtilə 100-dən çox Dövlət dili müəlliminə ehtiyac olan bu şimal rayonunda indi bu rəqəm 10 nəfər təşkil edir.

Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin Qusar Təhsil Sektorunun metodisti Svetlana Səmədova Bizim.Media-ya məlumat verib ki, artıq həmin 10 nəfərdən 2 Azərbaycan dili müəllimi yerdəyişmə yolu ilə Qusara təyinat alıb.

Hazırda Qusar məktəblərində 8 nəfər Azərbaycan dili və ədəbiyyatı müəlliminə ehtiyac var. Svetlana Səmədova Qusarın 86 məktəbinin hamısında Dövlət dilinin yüksək səviyyədə tədris olunduğunu açıqlayıb.

Onun məlumatına görə, rayonda tədris rus dilində, Qalacıq və Yeni həyat kənd məktəblərində 1-ci sinifdən Azərbaycan dili fənni keçirilir. Tədrisi rus dilində olan Samur qəsəbə orta məktəbində isə 3 ildir Dövlət dili bölməsi açılıb. Qonşu Quba rayonunda tədrisi rus dilində olan 5, Xaçmaz rayonunda isə 4 məktəbdə 1-ci sinifdən Azərbaycan dili fənni tədris edilir. 
Qeyd edək ki, ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü Ümummilli Lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanı ilə 2002-ci ildən qeyd olunur. 








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO