Surət Hüseynovun cənazəsi bu gün Azərbaycana gətiriləcək

Surət Hüseynovun cənazəsi bu gün Azərbaycana gətiriləcək

Hazırda oxunan: Surət Hüseynovun cənazəsi bu gün Azərbaycana gətiriləcək

148904

Sabiq baş nazir Surət Hüseynovun cənazəsi bu gün axşam saatlarında Türkiyədən Bakıya gətiriləcək.

Bizim.Media xəbər verir ki, bunu apa.az-a açıqlamasında Surət Hüseynovun yaxın qohumu Rauf Ramazanov deyib.

O bildirib ki, cənazə sabah Gəncədə Surət Hüseynovun İsmət Qayıbov küçəsində olan evinə aparılacaq və ata-anasının qəbrinin yanında dəfn ediləcək.

Qeyd edək ki, sabiq Baş nazir, 64 yaşlı Surət Hüseynov dünən İstanbulda xəstəxanada vəfat edib.

Onun İstanbuldan Moldovaya gedərkən hava limanında səhhəti pisləşib və İstanbulda xəstəxanaya yerləşdirilib.
Surət Hüseynov 1959-cu ildə Gəncə şəhərində anadan olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO